
2008-ci ildən təməli qoyulan "Metal&Dizayn" alumindən, metaldan müxtəlif təyinatlı tökmə məmulatlar, konstruksiyalar qapı və darvazalar, dekorativ elementlər hazırlayır.
Metal&Dizayn" öz fəaliyyətində daima müştəri məmuniyyəti prinsipini öndə tutaraq çalışır.
“Metal&Dizayn" şirkətinin sexləri istənilən sifarişı yüksək keyfiyyətlə yerinə yetirmək üçün lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib.
Təcrübəli mühəndis və fəhlə heyəti müxtəlif dizaynlarda və çətinliklərdə işlərin öhdəsindən gəlməyə qadirdir. Artıq uzun müddətdir ki, "yüksək keyfiyyət-münasib qiymət" prinsipini həyata keçırməkdəyik.
Məqsədimiz dəyərli müştərilərimizə xidmət göstərərək, onların istək və arzularını sənət nümunəsinə çevirərək günü-gündən abadlaşan şəhərimizə öz töhfəmizi verməkdir. Ən böyük qazancımız isə müştəri məmnunluğudur.


















